Ukrayna SQ: Baxmut ətrafında vəziyyət çətin olaraq qalır

Aleksandr Sırski

© APA | Aleksandr Sırski

# 13 mart 2023 12:50 (UTC +04:00)

Baxmut ətrafında vəziyyət çətin olaraq qalır.

APA xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.

Sırskinin sözlərinə görə, Rusiyaya məxsus "Vaqner" özəl hərbi şirkətin hücum dəstələri bir neçə istiqamətdən irəliləyir, Ukrayna qoşunlarının müdafiəsini yarıb şəhərin mərkəzinə doğru irəliləməyə çalışırlar.

"Şəhəri müdafiə edən döyüşçülərimizlə gərgin döyüşlərdə düşmən xeyli itkiyə məruz qalır. Düşmənin şəhəri ələ keçirmək üçün bütün cəhdlərinin qarşısı artilleriya, tank və digər silahlardan istifadə olunmaqla alınır” - Sırski qeyd edib.

O, qala-şəhərin müdafiəsinin davam etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR