Ukrayna Təhlükəsizlik Şurasının katibi Rusiyanı hədələyib

Aleksey Danilov

© APA | Aleksey Danilov

# 07 fevral 2023 17:33 (UTC +04:00)

Ukrayna Rusiya ərazisinə öz istehsalı olan silahlarla zərbələr endirə bilər.

APA xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Heç kim bizə Ukrayna istehsalı olan silahlarla Rusiya ərazisindəki hədəfləri məhv etməyi qadağan etmir. Bizim də belə silahlarımız var", - Danilov qeyd edib.

Xatırladaq ki, Almaniya kansleri Olaf Şolts NATO ölkələrinin Ukraynaya tədarük etdiyi silahlarla Rusiya ərazisinə zərbələr endirilməyəcəyi barədə Ukrayna Prezidenti Vladimir Zelenski ilə razılaşma olduğunu bildirmişdi. Ukrayna istehsalı olan silahlara gəlincə isə, bu cür məhdudiyyətlər nəzərdə tutulmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR