Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçiriləcək

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçiriləcək
# 26 yanvar 2023 13:27 (UTC +04:00)

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçiriləcək.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclası çərçivəsində fevralın 14-də ABŞ-ın sədrliyi ilə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun ayrıca iclası baş tutacaq.

Xatırladaq ki, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun sonuncu iclası yanvarın 20-də Almaniyada Ramşteyn hərbi hava bazasında keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR