ÜST Avropaya səyahət tədbirlərinin tətbiq edilməsini tövsiyə edib

ÜST Avropaya səyahət tədbirlərinin tətbiq edilməsini tövsiyə edib
# 10 yanvar 2023 15:33 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi ABŞ-da yeni növ koronavirus (COVID-19) infeksiyasının Omikron ştamının (XBB.1.5) sürətli yayılmasını nəzərə alaraq diskriminasiyaya yol vermədən səyahət tədbirlərinin tətbiq edilməsini tövsiyə edib.

APA xəbər verir ki, təşkilat uzunmüddətli uçuşlardan istifadə edən sərnişinlərin tibbi maska istifadə etməsini tövsiyə edib.

“Bu o demək deyil ki, biz bu mərhələdə ABŞ-dan gələn sərnişinlərin test edilməsini tövsiyə edirik. Ölkələr uçuş öncəsi test üçün sübut bazasına baxmalıdırlar. Sərnişinlərə uzunmüddətli uçuşlar da daxil olmaqla yüksək riskli məkanlarda maska taxmaları tövsiyə edilməlidir. Bu COVID-ə yoluxmaların çox olduğu istənilən yerdən gələn sərnişinlərə edilmiş tövsiyə olmalıdır”, - deyə təşkilatın Avropa üzrə nümayəndəsi Katrin Smolvud bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR