ÜST: Pekin COVID-19-la bağlı ölüm göstəricilərini azaldır

ÜST: Pekin COVID-19-la bağlı ölüm göstəricilərini azaldır
# 05 yanvar 2023 02:49 (UTC +04:00)

Çin COVID-19-un yeni dalğası nəticəsində ölənlərin sayı barədə məlumat vermir.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu qənaətə Ümumdünya Səhiyyə Təşkilatı gəlib.

Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının icraçı direktoru Mayk Rayan bildirib ki, Çindən göndərilən məlumatlar xəstəxanaya yerləşdirilənlərin, reanimasiya şöbələrinə daxil olan xəstələrin və ölümlərin faktiki sayına uyğun gəlmir.

Öz növbəsində ÜST-nin Baş direktoru Tedros Qebreyesus bildirib ki, qurum Çindən xəstəxanaya yerləşdirmə və ölüm halları ilə bağlı operativ məlumat almağa ümid edir.

ÜST-nin məlumatına görə, Çində koronavirusun Omikron ştamı geniş yayılıb.

COVID-19-un yayılması nəticəsində Şanxay sakinlərinin təxminən 70%-i, yəni 25 milyonu virusa yoluxmuş ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR