Polşa parlamentini partlatmaq istəyən 45 yaşlı akademik həbs olunub

Polşa parlamentini partlatmaq istəyən 45 yaşlı akademik həbs olunub
# 20 noyabr 2012 12:57 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, Krakov Universitetində dərs deyən və kimyəvi laboratoriyaya daxil olmaq imkanı olan akademik 4 ton partlayıcı yüklənmiş maşını hökumət binası qarşısında partlatmağı planlaşdırıbmış.

Yerli telekanalların məlumatına görə, akademik milliyyətçi baxışlara malik olduğunu etiraf edib. Bu, Polşanın ən yeni tarixində ilk belə hadisədir. Akademikin həbsindən bir ay əvvəl Varşavada keçirilən aksiyada millətçilərlə polisin toqquşması baş verib.

Həbs olunan şəxsi beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR