Serbiyanın NATO-dakı nümayəndəsi intihar edib

Serbiyanın NATO-dakı nümayəndəsi intihar edib
# 05 dekabr 2012 12:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Serbiyanın NATO-dakı nümayəndəsi Branislav Milinkoviç Brüssel aeroportunda çoxmərtəbəli dayanağın platformasından atılmaqla intihar edib.

APA-nın verdiyi məlumata görə, bu barədə xəbəri “Associated Press” agentliyi Serbiya hökumətinə istinadən yayıb.

Hadisə dünən axşam saatlarında baş verib. 8-10 metr hündürlükdən düşən 52 yaşlı diplomat hadisə yerindəcə həyatını itirib.

Milinkoviç Serbiya nümayəndə heyətinin digər üzvləri ilə birlikdə Xarici İşlər Nazirliyinin NATO-da danışıqlar aparmaq üçün gələn nümayəndə heyətini qarşılamağa çıxıb və gözlənilmədən özünü platformadan atıb.

Qeyd edək ki, Milinkoviç Serbiyanın Avstriyadakı səfiri vəzifəsini icra edib. Bundan öncə isə jurnalist olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR