Yunanıstanda maska rejimi ləğv edilir

Yunanıstanda maska rejimi ləğv edilir
# 01 iyun 2022 21:41 (UTC +04:00)

Yunanıstanda sabahdan etibarən maskadan istifadə məcburiyyəti aradan qaldırılır.

APA “Le Matin” saytına istinadla xəbər verir ki, iyunun 2-dən etibarən qapalı məkanlarda maskadan istifadə məcburiyyəti aradan qaldırılır. Yalnız ictimai nəqliyyat və xəstəxanalar istisna təşkil edir.

Səhiyyə Nazirliyi bildirir ki, qərar 3 ay qüvvədə olacaq. Sentyabrda epidemioloji vəziyyət yenidən nəzərdən keçirilərək qərar veriləcək.

Ekspertlərin fikrincə Yunanıstan hökuməti Covid-19-la bağlı tələbləri turizmi canlandırmaq üçün yumşaldıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR