Yunanıstanın sonuncu kralı vəfat edib

Yunanıstanın sonuncu kralı vəfat edib
# 11 yanvar 2023 05:02 (UTC +04:00)

Yunanıstanın sonuncu kralı II Konstantin Afinada vəfat edib.

APA xəbər verir ki, bu barədə Yunanıstanın İctimai Televiziyası məlumat yayıb.

Koronavirusa yoluxduqdan sonra zəifləyən 82 yaşlı keçmiş monarx Afinadakı evində insult keçirib. 7 gün ağır reanimasiyada olan Konstantini xilas etmək mümkün olmayıb.

6 mart 1964 – 1 iyun 1973-cü illərdə Yunanıstanı idarə etmiş kralın səhhətində ciddi problemlər yaranmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR