Yunanıstanın xarici işlər naziri zəlzələ bölgəsini ziyarət etmək üçün Türkiyəyə gəlib - YENİLƏNİB-2

Yunanıstanın xarici işlər naziri zəlzələ bölgəsini ziyarət etmək  üçün Türkiyəyə gəlib - YENİLƏNİB-2
# 12 fevral 2023 12:16 (UTC +04:00)

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyəyə səfərə gəlib.

APA xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Səfər çərçivəsində nazir Dendias türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə zəlzələlərdən fəlakətə məruz qalan ərazilərdə fəaliyyət göstərən Yunanıstana Yardım Missiyasının üzvləri ilə görüşəcək.

Bundan əlavə, Xarici İşlər Naziri Antakyadakı Əməliyyat Mərkəzinə baş çəkəcək və xilasetmə işləri ilə bağlı son hadisələr, habelə yaradılan humanitar yardım ehtiyacları barədə məlumatlandırılacaq.

Sözügedən səfər çərçivəsində zəlzələlərin dağıdıcı nəticələrinin aradan qaldırılmasında Yunanıstanın gələcək yardım yolları da araşdırılacaq.

Qeyd edək ki, Xarici İşlər Naziri Cenevrədəki Daimi Nümayəndəliyimizə OCHA (Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası Ofisi) vasitəsilə Türkiyə və Suriyaya təcili humanitar yardımın çatdırılması üçün hərəkətə keçmək barədə göstəriş verib.

Bundan əlavə, Xarici İşlər Nazirinin müavini Andreas Katsaniotis Türkiyə və Suriyada zərər çəkmiş bölgələrə humanitar yardımın toplanmasına kömək etmək istəyən təşkilat və şəxslərin koordinasiyasını öz üzərinə götürüb", Yunanıstan XİN məlumatında qeyd olunub.

***

11:53

Yunanıstanın xarici işlər naziri Dendias zəlzələ bölgəsini ziyarət etmək və xarici işlər naziri Çavuşoğlu ilə görüşmək üçün Türkiyəyə gəlib.

APA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

***

11:03

Yunanıstanın xarici işlər naziri Nikos Dendias bazar günü Türkiyəyə səfər edəcək, burada türkiyəli həmkarı Mövlud Çavuşoğlu və zəlzələ bölgəsində çalışan yunan xilasediciləri ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir

“Türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə xarici işlər naziri səfər zamanı son zəlzələlər nəticəsində fəlakətə məruz qalan ərazilərdə fəaliyyət göstərən Yunanıstanın xilasetmə qrupunun üzvləri ilə görüşəcək. Dendias Antakyadakı əməliyyat mərkəzinə də baş çəkəcək və insanların dağıntılar altından xilas edilməsi səyləri ilə bağlı son imkanlar, eləcə də yaranan humanitar yardım ehtiyacları barədə məlumatlandırılacaq”, - Yunanıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR