Zelenski: "Biz Rusiyanın danışıqlar masasına oturmaq istəyini görmürük"

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 09 iyun 2022 00:06 (UTC +04:00)

“Biz Rusiya Federasiyasının danışıqlar masasına oturmaq və bu müharibəni diplomatiya yolu ilə həll etmək istəyini görmürük”.

APA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Rusiya tərəfi hələ də güc, münaqişə istəyir.

“Onları necə zəiflətmək olar? Bütün dünya bunu etməlidir. Biz onların ordusunu öz torpağımızda döyüşərək zəiflədirik. Biz onların ərazisində döyüşmürük, çünki biz terrorçu deyilik, biz müstəqil, ədalətli, çox normal insanların olduğu normal dövlətik”, - deyə prezident bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna rusları çox az halda geri çəkilməyə məcbur edir və bunu davam etdirəcək.

Bununla yanaşı, dövlət başçısı dünya ölkələrindən Rusiya Federasiyasına qarşı güclü sanksiya siyasəti gözləyir.

Eyni zamanda o vurğulayıb ki, Rusiyanın hücumunu dayandırmaq üçün Ukraynanı gücləndirmək lazımdır.

“Biz müharibəni bitirmək istəyirik. Lakin bu müstəqilliyimiz bahasına olmamalıdır”, - deyə prezident vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR