Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır

Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır
  • Clock-gray 13:08
  • calendar-gray 08 Aprel 2020

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə snayperlərin hazırlığı yoxlanılır.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, snayper qrupları böyük məsafələrə yürüş, əlverişli mövqelərin tutulması, mövqelərin maskalanması, ərazi kəşfinin aparılması, yanlış snayper mövqelərinin qurulması, müxtəlif məsafələrdəki hədəflərə fərdi və qrup halında atışlar icra edirlər.

apa-logo-mini

Digər xəbərlər