MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”

MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
# 29 sentyabr 2020 11:33 (UTC +04:00)

"Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat idarəsinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb: "Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir".

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR