Çavuşoğlu: “Ermənistan müsbət addım atsa, Cənubi Qafqaz gələcəkdə sabitlik bölgəsi ola bilər”

Çavuşoğlu: “Ermənistan müsbət addım atsa, Cənubi Qafqaz gələcəkdə sabitlik bölgəsi ola bilər”
# 08 aprel 2021 11:57 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Orta Asiya, Cənubi Qafqaz və Qarabağda baş verənlərlə bağlı küveytli həmkarını məlumatlandırıb.

APA-nın xəbərinə görə, Türkiyə XİN başçısı bu barədə Küveytin xarici işlər naziri Şeyx Əhməd Nasir Məhəmməd əs-Sabahla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qarabağda əldə edilən atəşkəs əhəmiyyətli bir fürsətdir.

“Regionun rifahı ilə yanaşı, əhəmiyyətli layihələrin icrası, münasibətlərin normallaşması baxımından qarşımızda bir fürsət var. Ermənistan da bunu müsbət dəyərləndirsə, Cənubi Qafqaz gələcəkdə sülh və sabitlik bölgəsi ola bilər”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR