Bank Of Baku

Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir

Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
# 17 sentyabr 2026 21:56 (UTC +04:00)

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ hökumətinin ölkə daxilində narkotiklərin qanunsuz dövriyyəsi və opioid istifadəsi ilə mübarizəsinin nəticələrinə dair hesabatını görmək istədiyini bildirib.

APA xəbər verir ki, Şeynbaum bunu gündəlik mətbuat konfransında deyib.

“Mən ABŞ hökumətinin Birləşmiş Ştatların özündə narkotiklərlə mübarizə üçün nə etdiyinə dair hesabatını eşitmək və ya görmək istərdim. Biz Meksikada hər gün fəaliyyət göstəririk və bununla bağlı məlumat veririk. Bəs orada nə baş verir? ABŞ hökumətinin əldə etdiyi nəticələr və görülən işlər barədə hesabatını görmək istərdim”, – Meksika Prezidenti bildirib.

Şeynbaum bununla ABŞ Prezidenti Donald Trampın narkotiklərin istehsalı və tranziti həyata keçirilən ölkələrlə bağlı memorandumunu şərh edib.

Sənəddə Şeynbaum hökumətinin narkotik vasitələrin müsadirəsinin artırılması və narkotik laboratoriyalarının ləğvi də daxil olmaqla müəyyən addımları qeyd edilib. Bununla yanaşı, Tramp Meksikanın “daha çox iş görməli olduğunu” bildirib, korrupsiyaya bulaşmış məmurların müəyyənləşdirilməsinə və təchizat zəncirlərinə nəzarətin gücləndirilməsinə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR