Fərid Şəfiyevin müəlliflərindən biri və redaktoru olduğu kitab Çexiyada dərc edilib

Fərid Şəfiyevin müəlliflərindən biri və redaktoru olduğu kitab Çexiyada dərc edilib
# 15 aprel 2020 12:01 (UTC +04:00)

Aprelin 15-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin Sədri Fərid Şəfiyevin redaktoru və müəlliflərindən biri olduğu "Azərbaycanın Geosiyasi Mənzərəsi: Müasir Problemlər, 1991-2018-ci illər” (Azerbaijan’s Geopolitical Landscape: Contemporary Issues, 1991–2018) adlı kitab Çexiyanın Karlov Universitetinə məxsus “Karolinum Press” nəşriyyatında dərc olunub.

Mərkəzdən APA-ya bildirilib ki, kitab eyni zamanda Çikaqo Universitetinə məxsus “Chicago University Press” tərəfindən də yayılır.

Kitabda müstəqillik dövründə Azərbaycan ətrafında yaranmış siyasi vəziyyətdən bəhs edilir. Azərbaycan və digər yerli və xarici alimlər tərəfindən yazılmış müxtəlif bölmələrdə Ermənistan-Azərbaycan münaqişəsi (Fərid Şəfiyev), Azərbaycan-Avropa İttifaqı əlaqələri (Anar Vəliyev), enerji baxımından Azərbaycanın Avropada əhəmiyyəti (Robert Katler), Azərbaycan-Rusiya (Kamran İsmaylov), Azərbaycan-Türkiyə (Şamxal Abilov), Azərbaycan-İran (Mitçel Belfer), Azərbaycan-Səudiyyə Ərəbistan (Lusi Şveydova) əlaqələri təhlil edilir.

Kitab Amazon və Çikaqo Universitetinin saytlarından sifariş oluna bilər.

Covid-19 pandemiyası ilə əlaqədar kitabın rəsmi təqdimatının payızda təşkil edilməsi planlaşdırılır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR