“National Geographic” "Instagram” səhifəsində Xudafərin körpüsünün fotosunu paylaşıb

“National Geographic”  "Instagram” səhifəsində Xudafərin körpüsünün fotosunu paylaşıb
# 14 mart 2021 15:08 (UTC +04:00)

ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic” jurnalı özünün “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün fotosunu paylaşıb.

APA-nın məlumatına görə, paylaşımda XII əsrin abidəsi sayılan tarixi Xudafərin körpüsünün Cəbrayıl rayonu ərazisində, İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşdiyi bildirilir.

Qeyd edilir ki, Cəbrayıl Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən, Ermənistan qüvvələri tərəfindən işğal olunmuş, bu yaxınlarda isə Azərbaycan tərəfindən geri qaytarılmış yeddi rayonundan biridir.

Paylaşımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də məlumat verilir. Azərbaycanın 90-cı illərdə itirdiyi ərazilərinin böyük əksəriyyətini ötən il baş vermiş müharibə nəticəsində geri qaytardığı diqqətə çatdırılır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR