Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi üzrə tədbirlər haqqında fərman imzalayıb

Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi üzrə tədbirlər haqqında fərman imzalayıb
# 12 noyabr 2020 14:43 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Prezidenti ildə iki dəfədən az olmayaraq Dağlıq Qarabağdakı sülhməramlıların rotasiyasının keçirilməsi ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.

Fərmanda bildirilir ki, Rusiya Federasiyasının Silahlı Qüvvələrinin 1960-a qədər hərbi qulluqçudan ibarət hərbi birləşməsi qalma müddətinin avtomatik uzadılması ilə beş il müddətinə Dağlıq Qarabağa göndəriləcək.

İldə iki dəfədən az olmayaraq Dağlıq Qarabağdakı sülhməramlıların rotasiyası təşkil olunacaq.

Azərbaycan və Ermənistan əldə olunmuş razılaşmalara riayət etməyi dayandırmaq niyyətini müvafiq beş illik müddətin bitməsindən altı ay əvvəl bəyan etməyənə qədər sülhməramlıların qalma müddəti avtomatik uzadılacaq. Sülhməramlı kontingent Dağlıq Qarabağ münaqişəsi zonasında, Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdiriləcək.

Bundan başqa, prezidentin müvafiq fərmanı ilə Federal Təhlükəsizlik Xidmətinə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkəti üçün Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etməsi tapşırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR