Türkiyə Prezidenti: “Xocalıda yaşlı, qadın demədən 20-ci əsrin ən böyük faciələrindən biri törədilib”

Türkiyə Prezidenti: “Xocalıda yaşlı, qadın demədən 20-ci əsrin ən böyük faciələrindən biri törədilib”
  • Clock-gray 18:07
  • calendar-gray 25 Fevral 2020

"ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində səmimi davranmır”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra mətbuata bəyanatında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayan Türkiyə Prezidenti deyib ki, sabah Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunacaq: “Xocalıda yaşlı, qadın demədən 20-ci əsrin ən böyük faciələrindən biri törədilib. Tarixə qaranlıq gecə kimi keçən Xocalı soyqırımını unutmadıq, unutmayacağıq. Xocalı qətliamını bir daha lənətləyirik”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date