İranın Azərbaycandakı səfiri Əfşar Süleymani: ” İranı azərbaycanlılar idarə edir”

İranın Azərbaycandakı səfiri Əfşar Süleymani: ” İranı azərbaycanlılar idarə edir”
# 29 dekabr 2006 14:47 (UTC +04:00)
“İranı azərbaycanlılar idarə edir. Orada azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı məlumatlar kənar qüvvələrin təbliğatının nəticəsidir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymani bildirib. O, İranda Azərbaycan dilində 50-dən artıq qəzet və jurnal nəşr edildiyini deyib: “Şair və yazıçılar öz əsərlərini bu dildə rahat yaza bilirlər. Universitetlərdə isə Azərbaycan dilində şöbələr fəaliyyət göstərir”. Səfir real vəziyyətlə tanış olmaq üçün mətbuat nümayəndələrini İrana dəvət edib: “İranın qədim adı Persiya olub. Bu da Farsıstan deməkdir. Sonradan digər millətlər bununla razılaşmayıblar və ölkənin adı dəyişdirilib. Bu gün İranda nə mütləq fars hakimiyyəti var, nə də fars şovinizmi”. Ermənilərin Qafqaza köçürülməsi ilə bağlı İranın dövlət arxivində araşdırma aparılmasının mümkünlüyünü vurğulayan Ə. Süleymani bu barədə Azərbaycan tərəfindən İrana ünvanlanacaq hər hansı müraciətə müsbət cavab veriləcəyinə inandığını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR