Azad olunmuş ərazilərdə tikililərin kateqoriyalar üzrə bölgüsü təsdiq edilib

# 24 sentyabr 2022 14:52 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü təsdiq edilib.

APA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov bağlı qərar imzalayıb.

Qərar işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü müəyyən edir.

Qərarın qəbul edilməsi işğaldan azad olunmuş ərazilərdə yerləşən tikililər haqqında məlumatların sistemləşdirilərək, təhlil olunması və bununla da daşınmaz mədəni irs nümunələrinin qorunmasına xidmət edəcək.

Reyestr elektron qaydada, xüsusi olaraq yaradılmış informasiya resursu vasitəsilə aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR