Beynəlxalq ittifaqlara üzv olan və xarici partiyalarla əməkdaşlıq edən partiyalar məlumat verməli olacaq

Beynəlxalq ittifaqlara üzv olan və xarici partiyalarla əməkdaşlıq edən partiyalar məlumat verməli olacaq
# 07 sentyabr 2022 17:12 (UTC +04:00)

Siyasi partiyanın beynəlxalq əlaqələri ilə bağlı yeni tələblər müəyyənləşir.

APA xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, siyasi partiya digər ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq edə, o cümlədən sazişlər bağlaya bilər.

Siyasi partiya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzv ola bilər.

Siyasi partiya yuxarıda nəzərdə tutulmuş hallarda müvafiq olaraq sazişin bağlandığı və ya üzvlüyə daxil olduğu tarixdən 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə məlumat verəcək.

Qüvvədə olan qanuna görə, siyasi partiyalar beynəlxalq qeyri-hökumət təşkilatlarına daxil ola bilər, birbaşa beynəlxalq əlaqələr saxlaya, müvafiq sazişlər bağlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR