Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən keçid təmin olunur - VİDEO

Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən keçid təmin olunur - VİDEO
# 30 aprel 2023 23:41 (UTC +04:00)

Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən keçid təmin olunur.

APA xəbər verir ki, vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq nizam-intizamla və nəzakətli şəkildə təşkil olunur.

Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Beləliklə, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləməsi” və Laçın yolunun “blokadası” ilə bağlı iddiaları növbəti yalan təbliğatdan başqa bir şey deyil.

Laçın yolunda təhlükəsizlik və sərhəd keçidində nəzarət təmin olunub, qayda-qanun çərçivəsində sərhədi keçməkdə heç bir problem yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR