MM sədri: "Azərbaycan və Türkiyə ikili standartlara qarşı birgə mübarizə aparmağı bacarıb"

MM sədri: "Azərbaycan və Türkiyə ikili standartlara qarşı birgə mübarizə aparmağı bacarıb"
# 02 iyun 2022 11:21 (UTC +04:00)

“Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən bu konqres çox önəmli tədbirdir”.

APA xəbər verir ki, bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr qeyd edib ki, bu konqresin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir: “Konqresin mühüm tərəfi də qardaş ölkələr arasında əlaqələrin inkişafına verəcəyi töhfədir. Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd etdik. Türkiyə Azərbaycanın müstəqilliyini birinci tanımaqla, öz qardaş dəstəyini ilk gündən göstərib. Azərbaycan Prezidentinin dəfələrlə təkrarladığı bir kəlam var: dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ölkə tapmaq mümkün deyil. Azərbaycan və Türkiyənin ortaq təşəbbüslərinin nəticəsi olan böyük beynəlxalq layihələr regionda sabitliyə töhfə verib. Məhz öz xalqlarının maraqlarına xidmət edən Azərbaycan və Türkiyə dəfələrlə ikili standartlarla üzləşib. Ayrı-ayrı dövrlərdə nələrin baş verdiyini biz yaxşı bilirik. Sevindirici hal odur ki, Azərbaycan və Türkiyə bu ikili standartlara qarşı birgə mübarizə aparmağı bacarıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR