Prezidentin xüsusi nümayəndəsi: Talış kəndinə daha 158 ailə köçürüləcək

Prezidentin xüsusi nümayəndəsi: Talış kəndinə daha 158 ailə köçürüləcək
# 16 mart 2023 15:26 (UTC +04:00)

Talış kəndində birinci mərhələdə 20 yaşayış evi və 9 qeyri-yaşayış binası, eyni zamanda, 4 yol kommunikasiya şəbəkəsi tam olaraq bərpa edilib.

Bunu APA-ya açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O bildirib ki, Talış kəndi Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir və ilk dəfədir kənd tamamilə qazlaşdırılıb: “Bərpa-quruculuq işləri davam etdirilir. Növbəti mərhələdə daha 158 ailənin köçürülməsi nəzərdə tutulub. Bu, layihənin ikinci fazasıdır. Bu evlərin tikintisi çox qısa bir vaxt çəkəcək”.

Səlcuq Elçin

Habil Aslanoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR