Seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların ləğvinə dair tələb ləğv olunub

Seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların ləğvinə dair tələb ləğv olunub
# 21 noyabr 2022 12:30 (UTC +04:00)

Siyasi partiyaların Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə ləğv ediləcəyi ilə bağlı tələb aradan qaldırılıb.

APA-nın xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bu maddə əksini tapmayıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR