Siyavuş Novruzov: Bəzi siyasi partiyaları xarici vətəndaşlar himayə edir

Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

© APA | Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

# 23 iyun 2023 14:11 (UTC +04:00)

Bir sıra siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermir. Bəzi siyasi partiyaları xarici vətəndaşlar himayə edir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsini sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu gün AXCP, Müsavat partiyası hesabatlarını ictimaiyyətə açıqlamırlar: “Sual olunur ki, onlar bu pulu haradan alır. Özgə vaxtı onlar Milli Məclisin deputatının pulunu saymaqla məşğuldur. Bu adamlar 20 ildir işləmir. Bəs bu qədər pul haradandır? Hər birinin cangüdəni, aparatı, yuxarı qiymətə olan avtomobilləri var. Burada oturan deputatın hər birinin 3 illik əməkhaqqı miqdarında hər birinin uşağı Londonda oxuyur. Hansı pulla?! Təklif edirəm İnzibati Xətalar Məcəlləsinə bir maddədə də onların əməkhaqqısı ilə bağlı əlavə edilsin. Onlar pensiya fonduna heç bir pul ödəmirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR