Paşha Bank
Bank Of Baku

Aparıcı Fira Cəlilova bağ evinə basqın edildiyini bildirib - VİDEO

Aparıcı Fira Cəlilova bağ evinə basqın edildiyini bildirib - VİDEO
# 27 noyabr 2026 03:25 (UTC +04:00)

Aparıcı Fira Cəlilova Novxanıda yerləşən bağ evinə basqın edildiyini bildirib.

APA xəbər verir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib.

Aparıcının sözlərinə görə, hadisə noyabrın 26-da saat 22:00 radələrində baş verib.

Beş avtomobillə gələn təxminən 15 naməlum şəxs onun bağ evinə basqın edib.

Fira Cəlilova evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqların oğurlandığını iddia edib.

Aparıcı hadisədə iştirak etdiyi bildirilən avtomobillərdən dördünün dövlət qeydiyyat nişanlarını da açıqlayıb.

O, hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin təcili və obyektiv araşdırılmasını, oğurlanmış əşyaların geri qaytarılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR