Azərbaycan Prezidentinin köməkçisi: “Qələbələrimizin əsasında məhz Ulu Öndərin qoyduğu siyasət durur”

Azərbaycan Prezidentinin köməkçisi: “Qələbələrimizin əsasında məhz Ulu Öndərin qoyduğu siyasət durur”
# 12 dekabr 2020 14:06 (UTC +04:00)

“Böyük hörmət və ehtiramla ulu öndərimizi yad edirik. Azərbaycan dövlətçiliyinin qurulması, güclü Azərbaycanın yaradılması da bilavasitə Ulu Öndərin dəsti-xəttidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğala, təcavüzə davam etdiyi şəraitdə Azərbaycan xalqının israrlı təkidi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi dövləti gücləndirdi: “Bu gün də qələbələrimizin əsasında məhz Ulu Öndərin qoyduğu siyasət durur. Bu siyasəti Prezident İlham Əliyev uğurla həyata keçirir. Bunun da real nəticəsini biz 44 günlük davam edən savaşda gördük. Torpaqlarımız işğaldan azad olundu, hər bir Azərbaycan vətəndaşının gözlədiyi gün hasil oldu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR