Dövlət qeydiyyatından keçmiş 55 partiyadan 29-u maliyyə hesabatını MSK-ya təqdim edib

Dövlət qeydiyyatından keçmiş 55 partiyadan 29-u maliyyə hesabatını MSK-ya təqdim edib
  • Clock-gray 11:45
  • calendar-gray 18 Mart 2020

Mərkəzi Seçki Komissiyasına (MSK) 2019-cu il üzrə maliyyə hesabatı təqdim etmiş partiyaların sayı açıqlanıb.

MSK-dan APA-ya verilən məlumata görə, bu günə qədər Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 29-u maliyyə hesabatını MSK-ya təqdim edib.

Bir neçə partiyanın maliyyə hesabatlı isə hazırda auditor rəyi üçün təqdim olunub və Novruz bayramından sonra partiyaların mütləq əksəriyyətinin maliyyə hesabatlarını MSK-ya təqdim etməsi prosesinin yekunlaşacağı gözlənilir.

Xatırladaq ki, qanunvericiliyə əsasən, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date