Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk edənlər üçün yeni cəza tətbiq oluna bilər

Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk edənlər üçün yeni cəza tətbiq oluna bilər
# 17 aprel 2020 16:07 (UTC +04:00)

İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni 613-cü maddə ilə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə görə yeni cəza müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırkayan xüsusi təyinatlı təhsil müəsisələrinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəsisəsini ) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəsisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən çox olmayaraq, törədildikdə (613.1) on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Eyni zamanda zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşəna getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi on gündən çox olmayaraq törədildikdə (613.2) iyirmi günədək müddətə inzibati həbs olunacaq.

Həmçinin, 613.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on gündən iyirmi gün müddətə inzibati həbs tətbiq olunacaq.

Eyni zamanda 613.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar edilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR