İlham Əliyev: “Gələsən, başqasının torpağını zəbt edəsən sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır” - VİDEO

İlham Əliyev: “Gələsən, başqasının torpağını zəbt edəsən sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır” - VİDEO
# 24 dekabr 2020 01:20 (UTC +04:00)

“Ermənilərin zəbt elədikləri evlərimiz. İndi Üçüncü Ağalı kəndinin sakinləri yəqin ki, tanıyar bu ev kimindir. Gələsən, başqasının torpağını zəbt edəsən, insanları evsiz, eşiksiz qoyasan, sonra da onların evində yaşayasan, xarabalığa çevirəsən, sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Zəngilan rayonuna səfər zamanı Üçüncü Ağalı kəndində olarkən deyib.

Dövlət başçısı ermənilərin vəhşiliklərindən də söz açıb: “Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb. Bütün bu videosənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi-dəlil kimi olacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin videogörüntüsünü Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “instagram” səhifəsində paylaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR