İllik məruzədə bəzi bələdiyyələrin birləşdirilməsi təklif olunur

İllik məruzədə bəzi bələdiyyələrin birləşdirilməsi təklif olunur
# 17 aprel 2020 11:29 (UTC +04:00)

“Bələdiyyələrin fəaliyyətini təmin edilməsi üçün qanunvericilik aktlarının təkmilləşdirilməsi, bəzi bələdiyyələrin birləşdirilməsi, bələdiyyələrin yerli icra hakimiyyəti orqanları ilə birgə işləməsinin təşkili məsələlərin müsbət həlli bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsində xüsusi rol oynaya bilər”.

APA-nın məlumatına görə, bu təkliflər bu gün Milli Məclisin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə)" əksini tapıb.

V. Zahirov deyib ki, bu məsələlərin Milli Məclisin Regional Məsələlər komitəsində də müzakirə edilməsi yaxşı olardı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR