Millət vəkili: "Siyasi partiyaların əvvəllər üzləşdiyi bürokratik əngəllər aradan qaldırılır"

Millət vəkili: "Siyasi partiyaların əvvəllər üzləşdiyi bürokratik əngəllər aradan qaldırılır"
  • Clock-gray 17:02
  • calendar-gray 24 Dekabr 2020

“Siyasi partiyaların əvvəllər formal çətinliklərlə üzləşdiyi qeydiyyat problemi artıq həll olunub. Bürokratik əngəllər aradan qaldırılır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. 

Deputat bildirib ki, qanunun əsas fəlsəfəsi siyasi partiyaların öz qərarı ilə seçkidə iştirak edərkən parlamentdə siyasi partiya kimi tanınmaq haqqını əldə etməsidir: “Amma qanunda müəyyən dərəcədə məhdudiyyət nəzərdə tutmalıyıq ki, parlament seçkilərinə qatılan siyasi partiyalar da bu maliyyələşmədə iştirak edə bilsin. Amma bunu bir az hüquqi çərçivəyə salmalıyıq. Çünki istənilən vaxt 5 bitərəf bir partiyaya keçə, bu zaman həmin partiya daha çox vəsait ala və bu da spekulyasiyalara səbəb ola bilər”.

Firuzə Vahid

Digər xəbərlər