Seçkiləri müşahidə etmək üçün MSK-ya müraciət edənlərin hamısı qeydə alınıb

Seçkiləri müşahidə etmək üçün MSK-ya müraciət edənlərin hamısı qeydə alınıb
  • Clock-gray 18:46
  • calendar-gray 31 Yanvar 2020

Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün 4264 nəfər Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Bu barədə APA-ya MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

Ş. Əsədli deyib ki, müraciət edənlərin hamısı qeydə alınıb.

Qeyd edək ki,  Milli Məclisə növbədənkənar seçkilərlə bağlı bütün seçki dairələrində müşahidə aparılması üçün MSK-ya müraciət 2020-ci il yanvarın 30-dək olan dövrü əhatə edib.

Firuzə Vahid

Digər xəbərlər