XİN Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatla münasibətdə Milli Orqan qismində çıxış edəcək

XİN Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatla münasibətdə Milli Orqan qismində çıxış edəcək
# 16 iyun 2020 18:26 (UTC +04:00)

Xarici İşlər Nazirliyi “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiya ilə təsis olunmuş Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatla və Konvensiyanın iştirakçısı olan digər dövlətlərlə milli əlaqələndirmə mərkəzi qismində səmərəli əlaqələrin həyata keçirilməsini təmin edəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Fərmanda əksini tapıb.

Fərmana əsasən, Xarici İşlər Nazirliyi bu sahədə Milli Orqan funksiyasını yerinə yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR