BAXCP sədri Elçibəy ailəsinə başsağlığı verib

BAXCP sədri Elçibəy ailəsinə başsağlığı verib
# 15 iyun 2019 11:23 (UTC +04:00)

“Həlimə xanımın vaxtsız vəfatı Əbülfəz Elçibəyi sevən bütün insanlar kimi məni də dərindən sarsıtdı”.
APA-nın məlumatına görə, bu sözləri BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
BAXCP sədri bütün partiya üzvlərinin Həlimə xanımın vəfatından kədərləndiklərini bildirib: “Əbülfəz Elçibəyin ailə üzvlərinə, onu sevən hər kəsə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR