® 111 saylı Zaqatala-Balakən seçicilərinin seçimi YAP-ın namizədi Kamilə Əliyevadır

® 111 saylı Zaqatala-Balakən seçicilərinin seçimi YAP-ın namizədi Kamilə Əliyevadır
  • Clock-gray 12:32
  • calendar-gray 03 Fevral 2020

YAP-ın  deputatlığa namizədi Kamilə Əliyeva növbəti görüşünü Zaqatala ictimaiyyəti ilə keçirib.

Görüşdə deputatlığa namizəd Kamilə Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərin məzmunlu islahatlar haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir.

Kamilə Əliyeva ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətində əldə olunmuş uğurlardan, Zaqatala rayonuna tarixi səfərləri zamanı verilmiş sərəncamlardan və görülmüş işlər barəsində seçicilərə geniş məlumat verib.

O, bu uğurların davamlı olması üçün, daha güclü Azərbaycan naminə seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

 

 

apa-logo-mini

Digər xəbərlər