Əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən siyasət - MÖVQE

Əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən siyasət - MÖVQE
# 10 avqust 2019 12:05 (UTC +04:00)

“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində dayanır”.

Bunu APA-ya açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib.

M. İbrahimqızının sözlərinə görə, hələ Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi dönəmdə bəyan etmişdi ki, sosializm sistemi dağılıb bazar iqtisadiyyatına keçsək də, sosial yönümlü siyasət ana xətt olacaq: "Bu sosial siyasət 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən daha geniş masştabda, daha çox həssas təbəqələri, sosial qrupları əhatə etməklə yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyev 2018-ci ilin aprelində bütün islahatların anonsunu verdi. Seçkilərdən sonra bütün sahələrdə olduğu kimi sosial sahədə də geniş islahatlara başlandı. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti sayəsində sosial siyasətdə humanizm, əhatəlilik daha da artdı. Təsadüfi deyil ki, Mehriban Əliyeva Birinci Vitse-prezident təyin edildikdən sonra keçirdiyi ilk müşavirə məcburi köçkünlərin mənzil şəraitinin, sosial durumlarının yaxşılaşdırılması ilə bağlı oldu. Mehriban Əliyeva vurğuladı ki, Prezident İlham Əliyev və onun fəaliyyətinin ana xətti sosial siyasət olacaq”.

Millət vəkili qeyd edib ki, ötən dövr ərzində şəhid ailələri və müharibə veteranları, əhalinin digər həssas qrupları ilə bağlı müavinətlər, pensiyalar, minimum əməkhaqqı artırılıb: “Eyni zamanda büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqlarında da ciddi artımlar oldu. Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə də əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərin gələcəkdə də diqqət mərkəzində olacağı vurğulandı. Bir daha aydın oldu ki, Dağlıq Qarabağ münaqişəsinin həlli kimi əhalinin sosial rifahının yüksəldilməsi də həyata keçirilən siyasətdə əsas yer tutur. Sosial yönümlü siyasət gələcəkdə də əhalinin rifahının yüksəlməsini təmin edəcək”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov APA-ya açıqlamasında bildirib ki, dövlət başçısı tərəfindən 2019-cu ildə əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ötən illər ərzində aparılan islahatlar, iqtisadi sahədə görülən işlər, əldə edilən uğurlar sosial sahədə belə addımların atılmasına zəmin yaradıb. Dövlət başçısı da dəfələrlə çıxışlarında qeyd edib ki, sosial paketlərə ayrılan vəsaitlər əldə edilən gəlirlərimiz hesabınadır. İslahatlar nəticəsində gömrük və vergi sahəsində intizam yaradılıb, gömrük və vergi daxilolmalar artıb. Bu il minimum əməkhaqqının 2 dəfəyə qədər artırılıb, əmək pensiyaları 116 manatdan 250 manata qaldırılıb. Sosial paket 4 milyona qədər insanı əhatə edir. Sentyabr, oktyabr aylarından insanlar bu artımları öz həyatlarında hiss edəcəklər”.

İ. Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə 2019-cu ilin ilk 6 ayının yekunlarına həsr olunmuş müşavirdə də sosial məsələlərə xüsusi diqqət ayrıldığını vurğulayıb: “Müşavirədə 6 ay ərzində əldə edilən uğurlar, bu sahədə qarşıda duran vəzifələr geniş müzakirə olundu. Sosial sahədə addımların atılmasına zəmin yaradan iqtisadi uğurlar da statistik rəqəmlərdə öz əksini tapır. 6 ay ərzində ölkə iqtisadiyyatına 6 milyard dollardan çox vəsait yatırılıb. Bu sərmayələrin böyük əksəriyyəti qeyri-neft sektoruna yönəldilib. 6 ay ərzində iqtisadi artım 2,4 faiz səviyyəsində olub. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət nəticəsində iqtisadiyyatımız davamlı, artan templə inkişaf edir. Bu, qarşıdakı illərdə də əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində addımların atılmasına imkan verəcək. 6 ayın yekunlarına həsr edilmiş müşavirədə də gələcək üçün yeni hədəflər müəyyənləşdi. Əsas hədəf isə insanların sosial durumunun yaxşılaşdırılması durur.”.

Millət vəkili hazırda əhalinin məşğulluğunun da dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri olduğunu söyləyib: “Kənd təsərrüfatında görülən işlər də əhalinin məşğulluğunun təmin edilməsinə yönəldilib. Məsələn, mənim təmsil etdiyim bölgədə ailələr var ki, il ərzində baramaçılıqdan 4-8 min manat vəsait əldə ediblər. Pambıqçılığın inkişafı da diqqət mərkəzindədir. Bu da insanların sosial rifahının yaxşılaşmasına xidmət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR