Prezident seçkiləri ilə əlaqədar seçici siyahıları martın 3-dək hazır olacaq

Prezident seçkiləri ilə əlaqədar seçici siyahıları martın 3-dək hazır olacaq
  • Clock-gray 13:16
  • calendar-gray 19 Fevral 2018

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında seçicilərin daimi siyahısının tətbiqinə dair məsələyə baxılıb.

 

APA-nın məlumatına görə, məsələ barədə MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

 

N. Məmmədov seçici siyahısının dəqiqləşməsində yerli icra və bələdiyyə orqanlarının, o cümlədən polis orqanlarının iştirak etdiyini bildirib: "Hər il seçki siyahıları yanvardan başlayaraq mayın sonuna qədər dəqiqləşdirilir. Seçki Məcəlləsinə əsasən məntəqə seçki komissiyaları tərəfindən seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması səsvermə gününə azı 35 gün qalanadək başa çatmalıdır. Seçkilər aprelin 11-ə təyin olunub və MSK seçici siyahılarının tətbiqi müddətini qısalda, seçki komissiyaların fəaliyyətini sürətləndirə bilər. Martın 3-dək seçici siyahılarının dəqiqləşdirilərək tərtib edilməsi və ictimaiyyətə açıqlanması mümkündür. Onu da deyim ki, ötən illə müqayisədə seçici sayı 28 344 nəfər artıb".

 

Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date