Çingiz Abdullayevin “Məhkumların cənnəti” əsəri əsasında “Məhkumlar” filmi çəkilib
15 dekabr 2006 13:38 (UTC +04:00)
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında dövlət sifarişi ilə hazırlanan “Məhkumlar” filmi qəbul olunub. Çingiz Abdullayevin “Məhkumların cənnəti” əsəri əsasında istehsal olunan filmin rejissoru Mehriban Ələkbərzadədir. Ç. Abdullayev APA-ya bildirib ki, ekran işinin yaxın günlərdə təqdimat mərasiminin keçirilməsi və efirdə nümayişi nəzərdə tutulub. Yazıçının sözlərinə görə, onun Latviya və Azərbaycandan bəhs edən “Unudulmuş yuxu” əsəri əsasında film çəkiləcək. Film Latviya və Azərbaycan rejissorları tərəfindən çəkiləcək, aktyor və aktrisa heyəti də hər iki ölkədən cəlb olunacaq. Bununla yanaşı, yazıçının bu günlərdə Moskvanın “Eksima” və “Este” nəşriyyatlarında dörd kitabı işıq üzü görüb. Yaxın vaxtlarda yazıçının Moskvada daha bir yeni “Soyuğu saxlayan adamlar”adlı kitabı nəşr olunacaq. /APA/
Ədəbiyyat
2024-cü il üzrə “Pulitzer” mükafatının qalibləri açıqlanıb
11:28
7 may 2024
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim - FOTO
13:44
6 may 2024
Gəncə Dövlət Filarmoniyasında Əhməd Cavada həsr olunmuş "Qiraət axşamı" keçirilib
11:15
6 may 2024
Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO
12:09
3 may 2024