Filarmoniyada xalq şairi Vaqif Səmədoğlunun xatirəsi anılacaq

Filarmoniyada xalq şairi Vaqif Səmədoğlunun xatirəsi anılacaq
# 03 iyun 2019 12:13 (UTC +04:00)

İyunun 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr edilmiş tədbir keçiriləcək.

APA-nın məlumatına görə, tədbir Azərbaycan Yazıçılar Birliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşacaq.

Gecədə şairin həyat və yaradıcılığından danışılacaq, ədəbiyyatın inkişafındakı xidmətləri vurğulanacaq.

Tədbir çərçivəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə konsert proqramı da təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR