Samirə Əşrəfin yeni kitabının təqdimatı keçirilib - FOTO

Samirə Əşrəfin yeni kitabının təqdimatı keçirilib  - FOTO
# 21 may 2022 10:37 (UTC +04:00)

Ötən gün Bakı Kitab Mərkəzində yazıçı Samirə Əşrəfin “Mənim üçün qızılgül” adlı ilk hekayələr kitabının təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı müəllifin ilk kitabı haqqında öz təəssüratlarını bölüşüb.

Daha sonra millət vəkili Aqil Abbas, ədəbi tənqidçilər Cavanşir Yusifli, İradə Musayeva və kino tənqidçi Sevda Sultanova Samirə Əşrəfin yeni kitabı barədə öz fikirlərini bildiriblər.

Çıxışlar bitdikdən sonra müəllif qonaqlar üçün kitabını imzalayıb.

Qeyd edək ki, “Alatoran” Yayınlarında işıq üzü görən “Mənim üçün qızılgül” hekayələr kitabına müəllifin son 10 ildə yazdığı on iki hekayə daxildir.

Kitabın redaktoru Cavanşir Yusiflidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR