Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır

Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır
# 12 mart 2022 22:01 (UTC +04:00)

Azərbaycan 2022-ci ildə Avropaya qaz ixracını 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır.

APA xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda energetika naziri Pərviz Şahbazov deyib.

“Trans-Adriatik Boru Kəməri istismara veriləndən indiyədək Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib. Bu il Türkiyəyə qaz ixracımızın həcmi 8,2 milyard kubmetrə, Avropaya isə artırılaraq 9,1 mlrd. kubmetrə çatacaq”,-deyə Pərviz Şahbazov bildirib.

Nazir vurğulayıb ki, ölkənin qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı Trans-Adriatik Boru Kəmərinin tərkib hissəsi olan Cənub Qaz Dəhlizinin genişləndirilməsini aktuallaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR