Türkiyə və Britaniya liderləri Ukraynanı müzakirə edib

Boris Conson, Ərdoğan

© APA | Boris Conson, Ərdoğan

# 14 yanvar 2022 19:58 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı Türkiyə Prezidentinin mətbuat katibliyi yayıb.

Qeyd olunub ki, tərəflər Türkiyə və Britaniya arasında müdafiə, sənaye və ticarət sahələrində əməkdaşlığı, eyni zamanda, beynəlxalq aləmdəki son vəziyyəti, o cümlədən Suriya və Ukraynanı müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR