Dövlət Neft Fondunun valyuta hərraclarında dollar satışı 9%-dən çox azalıb

Dövlət Neft Fondunun valyuta hərraclarında dollar satışı 9%-dən çox azalıb
# 30 avqust 2022 12:42 (UTC +04:00)

2022-ci ilin səkkiz ayında Dövlət Neft Fondu (ARDNF) Azərbaycan Mərkəzi Bankının iştirakı ilə keçirilən hərraclarda 3 milyard 392,1 milyon dollar həcmində valyuta satıb. Bu da 2021-ci ilin eyni dövrünə nisbətən 9,3 % azdır.

"APA-Economics"in məlumatına görə, Dövlət Neft Fondu təkcə avqust ayında valyuta hərraclarında 440,6 milyon dollar (14% az) satıb.

Qeyd edək ki, bu gün keçirilən valyuta hərracında isə bankların dollar tələbi 63,9 mln. ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR