Zelenski: Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi üzrə Ukraynanın mövqeyi dəyişməzdir

Zelenski: Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi üzrə Ukraynanın mövqeyi dəyişməzdir
# 26 may 2023 16:41 (UTC +04:00)

Bu il 100 illiyi qeyd olunan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir ki, müstəqillik yolu qədər çətin yol yoxdur. Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, ölkələrimiz bu yolda inamla irəliləyir.

APA xəbər verir ki, bu barədə Ukraynanın Prezidenti Volodimir Zelenskinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir.

“Dövlətimiz və bütün sivil dünya üçün bu çətin zamanda, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi dönəmində Azərbaycanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair ardıcıl mövqeyinə görə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi üzrə Ukraynanın dəyişməz mövqeyini də bir daha təsdiq edirəm”, - Zelenski qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR