Azərbaycan Premyer Liqasında mövsümün ilk derbisini “Səbail” qazanıb 

Azərbaycan Premyer Liqasında mövsümün ilk derbisini “Səbail” qazanıb 
# 18 avqust 2019 21:56 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

APA-nın məlumatına görə, turun üçüncü gününün yeganə qarşılaşması Bayıldakı “ASCO Arena”da baş tutub.

Mövsümün ilk Bakı derbisində “Səbail”lə “Zirə” görüşüb. Qarşılıqlı hücumlarla keçən matçın taleyini bir qol həll edib. 79-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Yevgeni Koçuk meydan sahiblərinə qələbə qazandırıb.

Bu, cari mövsümdə ev sahiblərinin qazandığı ilk qələbə olub. Bunadək keçirilən hər iki görüşdə qonaqlar qalib gəlib. “Qarabağ” “Keşlə”ni bir, “Sumqayıt” “Qəbələ”ni iki cavabsız qolla yenib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” – “Sabah” qarşılaşması ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

I tur

18 avqust

“Səbail” – “Zirə” – 1:0 Qol: Yevgeni Koçuk, 79 (pen.)

Baş hakim: Rəvan Həmzəzadə

Bakı. “ASCO Arena” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR