"Neftçi"nin baş məşqçisi: "Bir oyun qalıb, sonadək vuruşmaq lazımdır"

"Neftçi"nin baş məşqçisi: "Bir oyun qalıb, sonadək vuruşmaq lazımdır"
  • Clock-gray 20:45
  • calendar-gray 14 Avqust 2019

"Sabah bizi güclü rəqibə qarşı çətin oyun hazır gözləyir. Çünki "Bney Yehuda" yaxşı hazırlıqlı komandadır". 

APA-nın Tel-Əvivə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib. 

İtaliyalı mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubu ilə oyunöncəsi mətbuat konfransı keçirib. O bildirib ki, rəqib birinci matçda özünü yaxşı tərəfdən göstərməyi bacarıb: "İlk matçda rəqibin yaxşı bağlandığını şahidi olduq. Meydanda mövqelərini yaxşı seçirdilər. Rəqib yaxşı fərdi keyfiyyətlərə malik futbolçularıyla yaxşı əks-hücumlar qurmağa çalışır. Əlbəttə, onların cüzi üstünlüyü var. Düşünürəm ki, bizə qarşı fərqli taktika ilə çıxacaqlar. Hesab edirəm ki, bizi sabah maraqlı görüş gözləyir".

R. Bordin "Bney Yehuda" bütün heyətlə müdafiəyə çəkilir, əks-hücumlarla qol vurmağa çalışır: "Bizimlə görüşdə də belə oldu. Məncə, sabah da eyni üslubda oynayacaq".

O, komandasının ilk matçdan sonra psixoloji durumu barədə də danışıb. Baş məşqçinin sözlərinə görə, yetirmələri bu dəfə qarşıda duran vəzifənin öhdəsindən gələ biləcək: "Deməzdim ki, ilk oyunda orta xətdə elə də çox problemimiz oldu. Çalışırdıq ki, çoxlu futbolçuyla hücum edək. Rəqib də boşluqlarımızdan istifadə edərək, bizə qollar vurdu. Meydanda kimliyindən asılı olmayaraq, topa yaxın futbolçu təzyiq etməyə çalışmalıdır. Əsas taktika deyil, istəkdir, oyuna yanaşmadır. Sadəcə, bir oyun qalıb, sonadək vuruşmaq lazımdır. Düzdür, rəqib daha qapalı oynacaq. Çalışacaq ki, hesabdakı üstünlüklərini qoruyub saxlasınlar. Ona görə bizə çətin olacaq".

Qeyd edək ki, evdə "Bney Yehuda" ilə 2:2 oynayan "Neftçi" cavab görüşünə sabah Bakı vaxtı ilə saat 21:00-da çıxacaq.

Vüqar Xeyrullayev

Digər xəbərlər

Arxiv

date