UEFA Rusiyaya qarşı sanksiyanın müddətini uzadır

UEFA Rusiyaya qarşı sanksiyanın müddətini uzadır
# 30 aprel 2022 13:00 (UTC +04:00)

UEFA Rusiya klublarının və milli komandasının qitəmiqyaslı turnirlərdə iştirakı məsələsinə növbəti dəfə baxacaq.

Apasport.az saytı xəbər verir ki, qurum bununla bağlı gələn həftə qərarını verəcək.

Növbəti mövsümün təqvimini hazırlamağa tələsən UEFA ruslarla bağlı iki variant üzərində düşünür. Birincisi, bir mövsümlük kənarlaşdırılma, ikincisi isə daha əvvəl qəbul edilmiş qərarın növbəti bildirişə qədər sanksiya müddətinin uzadılmasıdır. Bu isə o deməkdir ki, Rusiya klubları böyük ehtimalla növbəti mövsüm avrokuboklarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, UEFA və FIFA fevralın 28-də Rusiya komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırıldığını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR